Bolqarıstan yığması ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, sentyabrın 9-da AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq komandanın kapitanı İvelin Popov sıradan çıxıb.
Futbol bu gün baş tutan səhər məşqində ağır zədə alıb. Komanda yoldaşı ilə toqquşma nəticəsində zədələnən hücumameylli yarımmüdafiəçi millinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb. O, dərhal paytaxt Sofiyaya aparılıb. Zədəsinin ciddi olduğu bildirilən 26 yaşlı futbolçu Bakıdakı qarşılaşmanı buraxmalı olacaq.
Fanat.az