Azərbaycan yığmasna qarşı Avropa çempionatının seçmə mərhələsi oyunu öncəsi Bolqarıstan millisinin futbolçuları mükafatla bağlı ölkə futbol federasiyası (BFS) ilə çəkişmələrə başlayıb. Fanat.az xəbər verir ki, milli komanda Avropa çempionatının final mərhələsinə yüksələcəyi təqdirdə BFS-dən 2,2 milyon mükafat tələb edib.
Lakin BFS bu tələbi yerinə yetirməkdən imtina edib. Yığma komandanın aparıcı simaları ilə BFS rəhbərliyinin görüşündə tərəflər ortaq məxrəcə gələ bilməyib.
UEFA Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan hər ölkənin Futbol Federasiyasına 5,5 avro verəcək. Milli komanda da bu məbləğin qazanılmasında əsas pay sahibi olduğu üçün yerli Federasiya qarşısında belə tələblə çıxış edib.
Qərara alınıb ki, tərəflər Azərbaycanla oyundan sonra yenidən danışıqlar masası arxasına keçsin.
Fanat.az