Milli komandamız AVRO-2016-nın seçmə mərhələsinə çıxışına start verib. Fanat.az xəbər verir ki, komandamızın rəqibi Bolqarıstan millisi olub.
Hesabı 14-cü dəqiqədə İlian Miçanski açıb. 54-cü dəqiqədə Dmitri Nazarov tarazlığı bərpa etsə də, bolqarlar qələbə qolunu vura bilib. Belə ki, 87-ci dəqiqədə Ventsislav Xristov ikinci topu milli komandamızın qapısından keçirib.
Bununla da Bolqarıstan milli komandamızın AVRO-2016 iddiasının boş vəddən başqa bir şey olmadığını göstərib. Bu günə qədər qitə birinciliyinə vəsiqə iddiasında olan AFFA rəhbərliyi və Berti Foqts bu matçın vacibliyini bildirirdi. Yəqin ki, bundan sonra belə bir iddia ilə çıxış edərkən daha çox düşünərlər.
AVRO-2016
Seçmə mərhələ
9 sentyabr
21.00 Azərbaycan - Bolqarıstan 1:2
Qollar: Dmitri Nazarov, 54 - İlian Miçanski, 14. Ventsislav Xristov, 87.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Mahir Şükürov, 6. Bədavi Hüseynov, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 90)
7. Vaqif Cavadov (21. Аraz Abdullayev, 46)
,
13. Dmitri Nazarov,
14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (22. Tərlan Quliyev, 74)
, 20. Ufuk Budak (
.
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 12. Emil Balayev, 3. Rasim Ramaldanov,
5. Elvin Yunuszadə, 8. Ruslan Əmircanov,
9. Cihan Özkara, 16. Cavid Hüseynov,
18. İlkin Qırtımov,
19. Rahid Əmirquliyev.
Baş məşqçi: Berti Foqts.
Bolqarıstan: Vladislav Stoyanov, 4. Apostol Popov, 5. Nikolay Bodurov (k), 7. Mixail Aleksandrov (15. Ventsislav Xristov, 83)
, 8. Todor Nedelev, 74)
11. Stanislav Manolev, 14. Veselin Minev, 17. Georgi Milanov, 18. Vladimir Qadjev,
19. İlian Miçanski (9. Andrey Qalabinov, 58),
21. Svetoslav Dyakov, 22. Georgi İliyev (
.
Ehtiyat oyunçular: 1. İvan Çvoroviç, 13. Bojidar Mitrev, 2. Straxil Popov, 3. Aleksandr Aleksandrov, 6. Yordan Xristov, 10. Xristo Zlatinski,
16. İliya Milanov,
20. Simeon Slavçev, 23. Emil Qarqarov.
Baş məşqçi: Lyuboslav Penev.
Sarı vərəqələr: Ruslan Abışov, 23. Vaqif Cavadov, 35. Аraz Abdullayev, 90 - Vladimir Qadjev, 63.
Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi (İsrail).
Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Reynşreyber (İsrail).
Hakim-inspektor: Krister Fallström (İsveç).
UEFA nümayəndəsi: Yevqenis Milevskis (Latviya).
Bakı. "Bakcell Arena".
Fanat.az