Bokonyano-81-ci, Salukvadze-82-ci

Bokonyano-81-ci, Salukvadze-82-ci

Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “Neftçi” ilə matç "İnter" üçün bir sıra statistik göstəricilərlə əlamətdar olub. Fanat.az xəbər verir ki, görüşdə fərqlənmiş Yoan Bokonyano və Laşa Salukvadze Azərbaycan çempionatda “İnter” üçün qol vurmuş sayca 81-ci və 82-ci futbolçular olub.

Təcrübəli Salukvadze yerli birincilikdə fərqlənə bilmiş 9-cu gürcüstanlı futbolçu olsa da, Bokonyano ölkə çempionatında “İnter” üçün qol vurmuş ilk fransız futbolçu kimi tarixə düşüb. 

 

Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 20 qol olan Baçana Tsxadadze “İnter”in ən yaxşı bombardiridi.

 

Qeyd edək ki, "İnter"in tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Tonqodan, Konqodan, Xorvatiyadan və Kosta-Rikadan olan futbolçular da fərqlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər