Bir çempionatın borcu: 1,5 milyard avro

Bir çempionatın borcu: 1,5 milyard avro
Ötən mövsümün yekunlarından sonra İtaliya A seriyası klublarının maliyyə vəziyyəti açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” araşdırma aparıb.
Ümumi gəlir hissəsi 8% - 1,772 milyard avro artıb. Ümumi məsrəflər isə 4% - 2,365 milyard çoxalıb. Yəni İtaliya klublarının ümumi borcu hazırda 1,5 milyard avrodu.
Ən az borc “Fiorentina”dadı. Florensiya təmsilçisinin borcu cəmi 5,1 milyon avrodu. Ən böyük borc isə "İnter"indi - 293 milyon. “Yuventus”un borcu 227,1 milyon təşkil edir. “Milan”ın borcu 221,6 milyon, “Roma”nın 136,3, "Latsio"nun isə 102 milyona bərabərdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər