Beynəlxalq Olimpiya Komitəsi (IOC) Hindistanın cəzasını ləğv edib. Fanat.az xəbər verir ki, ali qurum 2012-ci ildə bu Hindistan Milli Olimpiya Komitəsində (IOA) keçirilən prezident seçkilərində saxtakarlıq edildiyindən ölkəni bütün olimpiya tədbirlərindən kənarlaşdırmış və üzvülüyünü dondurmuşdu.
IOC-in rəsmi saytının yaydığı məlumata görə, 22-ci Qış Olimpiya Oyunlarının keçirildiyi Soçidə toplanan qurumun İcraiyyə Komitəsi Hindistanın məsələsini müzakirə edib. Toplantıda Narayna Ramaxandranın prezident seçildiyi 9 fevraldakı seçkinin nəticələrini müzakirə edilib və İOC üzvü Robin Mitçellin hesabatını dinlənilib. Seçkinin qanunlara uyğun şəkildə təşkil olunduğuna qərar verən İOC Hindistanın üzvülüyünü bərpa edib.
Bu qərardan sonra İOA davam edən bir olimpiada sırasında cəzası ləğv olunan ilik Milli Olimpiya Komitəsi olaraq tarixə dühüb. İOC-un yeni qərarından sonra Soçiyə müstəqil şəkildə yollanan 3 hind idmançısına bundan sonra ölkələrini təmsil etmək hüququ verilib. Beləliklə, 24 fevraldakı bağlanış mərasimində onlar olimpiya bayrağı əvəzinə Hindistan bayrağı ilə qatıla biləcəklər. Bundan başqa Soçidəki olimpiya kəndinə də ölkənin bayrağı asılacaq.
Fanat.az