"Yurgen Klinsmann məndən dünya çempionatına hazırlıqda ona kömək edə biləcəyimi soruşdu. Mən dərhal razılıqla cavab verdim. Artıq bir neçə ildi ki, bizim yaxşı münasibətlərimiz var". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
Foqts bir neçə gün əvvəl ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi təyin olunub. O, iki gün öncə Meksika millisi ilə baş tutan oyunu tribunadan izləyib. ABŞ yığması DÇ-nin qrup mərhələsində Almaniya, Portuqaliya və Qana milliləri ilə mübarizə aparacaq.
Fanat.az