"Hazırlıqdan və futğolçulardan razıyam. Onlarla danışmışam, Başa düşürlər ki, Rusiya ilə oyunda buraxılan səhvləri bir daha buraxmaq olmaz". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Yığma sabah Bolqarıstan millisini qəbul edəcək. Bu gün mətbuat konfransı keçirən Foqts matçla bağlı fikirlərini bildirib: "Mən hər oyunda qələbə istəyirəm. Heç vaxt heç-heçə barədə fikirləşməmişəm. Komandamız qələbə qazanmağa qadirdi. Bacardığımızı tam olaraq göstərməliyik. Bilirik ki, komandamız gənclərdən qurulub. Şadam ki, onları yoxlama oyunlarında sınaqdan keçirmək, səhvlərimizi görmək imkanımız oldu. Bu oyunu tam səhvsiz keçirməyə hazır olmalıyıq. Bu rəsmi oyun olacaq. Seçmə görüşdə eksperimentlərə yol vermək olmaz".
Alman çalışdırıcı start heyətini böyük ölçüdə müəyyənləşdirdiyini deyib: "Heyəti 90 faiz hazırdı. Sadəcə 3 mövqe ilə bağlı tərəddülərim var".
Foqts futbolçuların əvvəlki seçmə mərhələlərə nisbətən daha yaxşı vəziyyətdə olduğunu deyib: "İndi irəliləyiş hiss olunur. Ötən tsikldə İsrailə qarşı güclü oynadıq. İkinci qolu vurmaq üçün şansımız vardı. Amma keçmişlə müqayisədə indi irəliləyiş var".
Fanat.az