Bahodir və Nforla...

Bahodir və Nforla...

Hesabat turunda "Bakı"nı tək qolla yenən "Neftçi" növbəti paytaxt derbisinin - "İnter"lə duelin hazırlığını sürdürür. Fanat.az xəbər verir ki, 2 gündü məşq edən komandaya zədəli Bahodir Nasimov da qoşulub.

"Bakı" ilə qarşılaşmada başında zərbə alan Ernst Nforun sağlıq durumunda ciddi problemin olmaması üzləri güldürməyə bilməz.  Böyükağa Hacıyev önəmli matçda yalnız Karlos Kardosonun xidmətindən yararlana bilməyəcək. Son turda cəzalı Bruno Bertuççinin mövqeyində -müdafiənin solunda qərarlaşan stopper vərəqə limitini doldurub.

Xatırladaq ki, "İnter" - "Neftçi" oyunu aprelin 12-də "Şəfa"da keçiriləcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər