Nijni Novqorodun “Torpedo” xokkey komandasının azarkeşlərini aparan avtobus qəzaya uğrayıb. Fanat.az xəbər verir ki, “Torpedo” azarkeşləri sevimli komandalarının “Salavat Yulayev”lə oyununu izləmək üçün Ufaya gedirmişlər.
Avtobus dünən səhər Ufanın 150 kilometrliyində qəzaya uğrayıb. Qəza yolun qarlı və buzlu olması nəticəsində baş verib. Nəticədə görə, qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Fanat.az