AZAL taciklə "izdivaca girdi"

AZAL taciklə "izdivaca girdi"

Tacikistan yığmasının hücumçusu Axtam Xamrokulov AZAL-la 2 il yarımlıq müqavilə bağlayıb. Fanat.az Tacikistan futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son üç mövsümü “Reqar-TadAZ”da (Tursunzadə) keçirmiş Xamrokulov AZAL-ın toplanışlarında iştirakdan sonra bəyənilib.

Topalnış çərçivəsində beş oyunda forma geymiş tacik futbolçu bir oyunda “het-trik”’, digər oyunda isə “dubla” imza atıb. Futbolçu yeni komandasında 22 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Axmat Xamrokulov Kurqan-Tyubinsk futbol məktəbinin yetirməsidir. Futbolçu 2005-ci ildə “Vaxş”ın heyətində 11 qol vuraraq Tacikistan çempionatının bombardiri olub. Xamrokulov “Safarbek Karimov” (Xurosan), “Maşal” (Özbəkistan), TadAZ” (Tursunzadə) komandalarında top qovub. Tacikistan yığmasının heyətində 9 oyun keçirib və üç qol vurub.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər