AZAL-ın qapıçısı yığma komandaya çağırıldı

AZAL-ın qapıçısı yığma komandaya çağırıldı
Moldova milli komandasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi İon Karas sentyabrın 8-də Çernoqoriya ilə keçirəcəkləri seçmə mərhələ matçı üçün ilkin heyətə 37 futbolçunun adını daxil edib.
Onların arasında AZAL-ın qapıçısı Stanislav Namaşko da var. O, yığmaya dəvət almış 5 qapıçıdan biridi.
Namaşko ilə yanaşı, AZAL-ın sabiq üzvü Artur Patraş (Milsami) və "Xəzər Lənkəran"ın keçmiş oyunçusu Denis Kalinkov (Veris) da milliyə dəvət alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər