AZAL-ın qapıçısı Stanislav Namaşkonun çıxış etdiyi Moldova yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi İon Karas yetirmələrini Ukrayna ilə oyunda sınayıb.
Kiyevdə baş tutan matç ukraynalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 63-cü dəqiqədə Roman Bezus imza atıb.
İon Karas start heyətində ikinci qapıçı İli Çebanuya şans verib və Stanislav Namaşko 82-ci dəqiqədə onu əvəzləyib.
Fanat.az