AZAL-ın qapıçısı Stanislav Namaşko milli komandaya çağırılıb. Fanat.az xəbər verir ki, Moldova yığmasının İon Earas baş məşqçisi qolkiper Ukrayna və Çernoqoriya ilə oyunlara dəvət edib.
Qeyd edək ki, Moldova millisi bu gün Kiyevdə Ukrayna ilə yoldaşlıq oyunu keçirəcək. Komanda sentyabrın 8-də Çernoqoriyanın qonağı olacaq.
Fanat.az