AZAL-ın kapitanı qəlyan və viski ilə - FOTOLAR

AZAL-ın kapitanı qəlyan və viski ilə - FOTOLAR

AZAL-ın futbolçusu Viktor İbekoyi əkiz övladlarının dünyaya gəlişini Bakıdakı gecə klublarından birində qeyd edib. Fanat.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi şəxsi “İnstagram” səhifəsində gecədən video və fotolar paylaşıb.

 

Həmin görüntülərdə 28 yaşlı oyunçudan başqa, komanda yoldaşları Samuel Barlay, Xuan Fransisko, eləcə də hazırda I diviziondakı “Şuşa” klubunda çıxış edən Əhməd Ticani də var. İbekoyi qəlyan və viski ilə birgə şəkillərini də paylaşıb.

 

AZAL-ın mətbuat katibi Eldəniz Yusifov həmin fotolardan xəbərdar olduğunu deyib. O bildirib ki, şəkillər ötən gün - komandanın “Sumqayıt”la Topaz Premyer Liqasındakı XX tur matçından sonra çəkilib. Yusifov İbekoyinin asudə vaxtda dostları ilə birgə əylənməsini normal qəbul edərək, onu içki və qəlyana meylli futbolçu kimi dəyərləndirməyi düzgün saymayıb: “Əksinə, Viktor intizamlı, dini inanclara əməl edən futbolçudu”.

 

Qeyd edək ki, Azərbaycanda çıxış edən daha bir neçə futbolçu əvvəllər qəlyan və içki ilə birgə fotolarını sosial şəbəkələrdə paylaşıb.  

lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər