"Simurq"la oyunda qırmızı vərəqə alaraq 3 oyunluq cəzalanan Aleksandr Şemonayev AZAL-ın əsas heyətinə dönür. Fanat.az xəbər verir ki, “Neftçi”, “Bakı” və “Sumqayıt”la oyunlarda iştirak edə bilməyən yarımmüdafiəçi cəzasını başa vurub.
Onun “Qarabağ”la aprelin 5-də keçiriləcək qarşılaşmada meydançaya çıxacağı gözlənilir. Bu həm də Şemonayevin yeni baş məşçi Tərlan Əhmədova özünü göstərmək şansı kimi dəyərləndirilməlidi.
Fanat.az