AZAL baxışa yeni futbolçu dəvət edib. Fanat.az futbol11.az saytına xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov Jumol Harevod ilə bağlı qərarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, 28 yaşlı hücumçunun son klubu Trinidad və Tobaqo "St. Ann`s Rangers" klubu olub. O, ABŞ "Brooklyn Italians" klubunda da çıxış edib. Trinidad və Tobaqo olan Harevodin İspaniya vətəndaşlığı da var.
Fanat.az