AZAL avtoqolları sevir

AZAL avtoqolları sevir
Topaz Premyer Liqasında ardıcıl 3-ci tur avtoqol qeydə alınıb. Fanat.az xəbər verir ki, mövsümün 8-ci uğursuzu AZAL-ın futbolçu Şəhriyar Rəhimov olub.
Futbolçu 71-ci dəqiqədə "Qəbələ"nin AZAL üzərində 2:1 hesablı qələbəsini təmin edən topa imza atıb. Bununla da AZAL ardıcıl iki oyunda avtoqola üzülüb. Belə ki, ötən turun "Qarabağ"la oyununda Tural Nərimanov "təyyarəçilər"i məyus etmişdi.
Ümumilikdə AZAL ən çox öz qapısına qol vuran komandalardan sayılır. 2005/06 mövsümündən Premyer Liqada çıxış edən bakılılar bu müddətdə 11-ci dəfə avtoqola üzülüb. Şəhriyara qədər Usim Nduka 2, Abdulkader Kamara, Alveş Dos Santos, Ritus Krjauklis, Bronislav Arsenyeviç, Emin Ağaməmmədli, Aydın İslamov, Xuan Fransisko, Tural Nərimanov hərəyə 1 dəfə uğursuzluq yaşamışdı. AZAL avtoqol sayında "Qarabağ"a çatıb - 11. 
Cari mövsümdə AZAL və "Sumqayıt" 2, "Neftçi", "Bakı", "Qəbələ" və "Xəzər Lənkəran" 1 dəfə avtoqola üzülüb. "Xəzər Lənkəran" 2, "İnter", "Bakı", "Simurq", Sumqayıt", "Qarabağ" və "Qəbələ" 1 dəfə avtoqola sevinib.
2013/14 mövsümünün avtoqolları
IX tur, Sumqayıt - İnter
Avtoqol: Adil İbrahimov, 14 (Sumqayıt)
X tur, Sumqayıt - Xəzər Lənkəran
Avtoqol: Anar Nəzirov, 5 (Sumqayıt)
XIII tur, Neftçi - Bakı
Avtoqol: Erik Ramos, 53 (Neftçi)
XVI tur, Qəbələ - Simurq 
Avtoqol: Amit Quluzadə, 64 (Qəbələ)
XVI tur, Sumqayıt - Bakı
Avtoqol: Mario Alvarez Rubio, 63 (Bakı)
XX tur, Xəzər Lənkəran - Neftçi
Avtoqol: Tyeqo (Xəzər Lənkəran)
XXI tur, Qarabağ - AZAL 
Avtoqol: Tural Nərimanov, 33 (AZAL)
XXII tur, AZAL - Qəbələ
Avtoqol: Şəhriyar Rəhimov (AZAL)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər