Ayaz-Timur qarşıdurması baş tutmadı

Ayaz-Timur qarşıdurması baş tutmadı

Türkiyənin PTT 1-ci liqasında IV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor" Timur Temeltaşın forma geyindiyi "Altınordu"nu qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Nə Ayaz, nə də Timur matçın iştirakçısı olub. Mehdiyev heyətə düşməkdə çətinlik çəkir. PTT 1-ci liqada hələ debüt etməyən futbolçu yeganə rəsmi matçını kubokda keçirib. Timur isə zədə səbəbindən son 2 çempionat və 1 kubok oyununu buraxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər