Türkiyə Futbol Federasiyasının qaydalarına əsasən Super Liqa və PTT 1-ci liqa klublarında qidalanma mütəxəssisinin (diestisyen) olması vacibdi. Fanat.az xəbər verir ki, Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor"da bu iş qadın mütəxəssisə həvalə olunub.
Belə ki, Giresun təmsilçisində qidalanma mütəxəssisi funksiyasını İrem Bahar yerinə yetirəcək. Bu gün klub prezidentinin iştirakı ilə onunla müqavilə imzalanıb.
Fanat.az