Ayaz Mehdiyev ilk dəfə heyətə düşdü

Ayaz Mehdiyev ilk dəfə heyətə düşdü
Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor" "Sakaryaspor"un qonağı olacaq.
Giresun təmsilçisi Sakaryaya 18 nəfərlik heyətlə yollanıb. Baş məşqçi Mehmet Birinci ilk dəfə Ayazın adını heyətə daxil edib.
Qeyd edək ki, Mehdiyev PTT 1-ci liqanın ilk 3 turunda "18-liy"ə düşməyib. O, U-21 liqasında 2 oyuna çıxıb, 149 dəqiqə oynayıb və 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər