Türkiyənin U-21 liqasında yeni mövsümə start verilib. Fanat.az xəbər verir ki, "Giresunspor"un əsas komandasının "Samsunspor"la keçirdiyi oyunun heyətinə salınmayan Ayaz Mehdiyev U-21 liqasında meydana çıxıb.
Ayaz "Samsunspor" - "Giresunspor" matçının start heyitəndə yer alıb. Qonaq komandanın 6:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda 5-ci qolu 73-cu dəqiqədə Ayaz vurub. Futbolçumuz cəmi bir dəqiqə sonra Mustafa Demirhan tərəfindən əvəzlənib.
Fanat.az