Ayaz Mehdiyev debüt oyununda penalti vura bilmədi

Ayaz Mehdiyev debüt oyununda penalti vura bilmədi
Ayaz Mehdiyev "Giresunspor"da debüt edib. Fanat.az xəbər verir ki, futbolçumuz Türkiyə Kubokunun 2-ci tur matçında meydana çıxıb.
PTT 1-ci liqanın ilk 3 turunda yeni komandasında debüt etməyən, U-21 liqasında 2 oyun keçirib 1 qol vuran Ayaz "Sakaryaspor"la səfər oyununda debüt edib. O, Abdulaziz Solmazın yerinə meydana çıxıb. 
Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman "Giresunspor" 6:7 hesablı (ümumi hesab 8:9) qələbə qazanıb. Ayaz komandasının 9-cu penaltisini vurub. Onun zərbəsi dəqiq olmayıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər