"Giresunspor"un formasını geyinən Ayaz Mehdiyev yenidən Türkiyə klubunun U-21 komandasının şərəfini qoruyub. Fanat.az xəbər verir ki, əsas komandanın heyətinə düşməyən futbolçumuz "Adana Dəmirspor"la matçda meydana çıxıb.
Matç qonaq komandanın 2:4 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Ayaz 75-ci dəqiqədə əvəzlənib. Onun yerinə Murat Can Aydın meydana çıxıb.
Qeyd edək ki, Ayaz I turda da U-21-in formasını geyinmiş və 74 dəqiqə oynayaraq bir qola imza atmışdı.
Fanat.az