Avstraliyada çempion müəyyənləşdi: Nadala şok...

Avstraliyada çempion müəyyənləşdi: Nadala şok...
Avstraliya Açıq Tennis Turnirində kişilərin yarışı başa çatıb. Fanat.az xəbər verir ki, finalda Stanislas Vavrinka Rafael Nadalla üz-üzə gəlib.
Dünya tennisinin 1 nömrəsi Nadal qarşılaşmanın gedişində zədə alsa da, oyunu davam etdirib. Dünya sıramalasında 8-ci olaq Vavrinka ilk dəfə "Qrand slam"da final oynayıb və maksimum nəticə göstərərək çempion olub - 3:1 (6:3, 6:2, 3:6, 6:3).
28 yaşlı Vavrinka indiyədək Nadalla 12 dəfə qarşılaşıb və ilk qələbəsini bu gün qazanıb. O, bu uğura imza atmaqla dünya sıralamasında 3-cü pilləyə yüksəlib. Bununla da o, reytinq cədvəlində həmyerlisi, karyerası ərzində 17 "Qrand slam" qazanan Roger Federeri ilk dəfə geridə qoyub.
Matçdan sonra açınlama verən Nadal rəqibinin qələbəyə layiq olduğunu bildirib: "Vavrinka qələbəni haqq etdi. Onu təbrik edirəm. Belə bitməsini istəməzdim, çox üzüldüm. Ötən mövsüm burda olmamaq mənim üçün çətin idi. 12 ay sonra yenidən görüşərik".
İsveçrəli çempion isə Nadalı tərifləyib: "Rafa müthiş bir çempionsan. İnanıram ki, belindəki zədə tezliklə sağalacaq. Sənə qarşı oynamaq zövqlü idi. Mənim üçün ən yaxşı "Qrand slam" budu. Bir ildi çalışırdıq. Ailəm, dostlarım burdadı. Hər kəsə təşəkkür edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər