2016-cı ildə Serbiyada keçiriləcək futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, seçmə mərhələdə ümumilikdə 45 komanda iştirak edəcək.
6 qrupun qalibi və ən yaxşı ikinci əsas seçmə mərhələdə 21 komandaya qoşulacaq. Bu mərhələdə mübarizə hər birində 4 komanda olmaqla 7 qrupda gedəcək. Qrup qalibləri birbaşa Avropa çempionatına qatılacaq. 7 qrup ikincisi və ən yaxşı üçüncü gələn ilin 15-22 sentyabr tarixlərində keçiriləcək play-off mərhələsində turnirə son 4 vəsiqənin qalibini müəyyənləşdirəcək. Meydan sahibi Serbiya isə birbaşa 2016-cı ilin 2-13 fevral tarixlərində təşkil olunacaq final mərhələsinə vəsiqə əldə edib.
Azərbaycan milli komandası mübarizəyə əsas seçmə mərhələdən başlayacaq. Püş komandamızı 4-cü qrupa salıb. Millimiz Ukrayna, Belçika və ilkin seçmə mərhələnin A qrupunun (Yunanıstan, Bolqarıstan, Danimarka, Cəbəllüttariq) qalibi ilə qarşılaşacaq. Qrupun oyunları Bakıda keçiriləcək.
İlkin seçmə mərhələ
13-18 yanvar 2015-ci il
A qrupu: Yunanıstan, Bolqarıstan*, Danimarka, Cəbəllüttariq.
B qrupu: Finlandiya, Çernoqoriya*, Cənubi Kipr, Uels.
C qrupu: Gürcüstan, Liva*, İsveçrə, Estoniya.
D qrupu: Fransa, Moldova*, Albaniya, San Marino.
E qrupu: Latviya, İngiltərə, Andorra, Malta*.
F qrupu: İsrail, Ermənistan, İsveç*, Şotlandiya.
Əsas seçmə mərhələ
17-22 mart 2015-ci il
1-ci qrup: Rusiya, Hollandiya, Bosniya və Hersoqovina*, E qrupunun qalibi.
2-ci qrup: İspaniya, Macarıstan*, Makedoniya, ilkin mərhələnin ən yaxşı ikincisi.
3-cü qrup: İtaliya, Belarus, Polşa*, B qrupunun qalibi.
4-cü qrup: Ukrayna, Azərbaycan*, Belçika, A qrupunun qalibi.
5-ci qrup: Çexiya, Sloveniya*, Norveç, D qrupunun qalibi.
6-cı qrup: Xorvatiya, Slovakiya*, Türkiyə, F qrupunun qalibi.
7-ci qrup: Portuqaliya, Rumıniya*, Qazaxıstan, C qrupunun qalibi.
Qeyd: qarşısında "*" işarəsi qoyulmuş ölkələr qrupun oyunlarına ev sahibliyi edəcək.
Fanat.az