21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə 15 matç baş tutub.
Azərbaycan millisinin Portuqaliyaya uduzduğu gecədə (1:3) Türkiyə millisi səfərdə İsveçə 3:4 hesabı ilə yenilərək "play-off"a vəsiqə qazana bilməyib.
Gecənin ən böyükhesağlı qələbəsini Almaniya qazanıb. Berti Foqtsun həmyerliləri Rumıniyayanı darmadağın edib - 8:0. Danimarka Bolqarıstanı, İtaliya Cənubi Kipri 7:1, Finlandiya San Marinonu, Rusiya Andorranı 5:0 hesabı ilə yenib.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn ilin 17-30 iyun tarixlərində Çexiyada keçiriləcək. Turnirdə 8 komanda iştirak edəcək. Qrup mərhələsinin 10 qalibi - İngiltərə, Danimarka, Slovakiya, İspaniya, Xorvatiya, Almaniya, İsveç, Portuqaliya, İtaliya, Fransa və ən yaxşı 4 qrup ikinciisi - Ukrayna, Hollandiya, İslandiya, Serbiya pley-off mərhələsinə vəsiqə qazanıb. "Pley-off"un 7 qalibi Çexiya ilə birlikdə yarışın final mərhələsinə vəsiqə əldə edəcək.
AVRO-2015
Seçmə mərhələ
9 sentyabr
1-ci qrup
Finlandiya - San Marino 5:0
Qollar: Tim Vayrinen, 8. Sauli Vaysanen, 26. Daniel Oşauqnessi, 57. Kimmo Hovi, 64. Tomas Lam, 79.
Litva - Uels 1:1
Qollar: Edvardas Tamuleviçius, 81 - Lee Evans, 90.
Moldova - İngiltərə 0:3
Qollar: Saido Berahino, 16; 51. Harri Kane, 84.
Turnir cədvəli: İngiltərə - 28. Finlandiya - 16. Moldova - 16. Uels - 12. Litva - 8. San Marino - 4.
2-ci qrup
Rusiya - Andorra 5:0
Qollar: Serder Serderov, 2. Denis Davidov, 34; 44. Camaldin Xodjaniyazov, 75. Pavel Moqilevets, 90+2.
Danimarka - Bolqarıstan 7:1
Qollar: Lukas Andersen, 18; 32. Rza Durmişi, 36. Yannik Vesterqaard, 42. Uffe Bex, 67. Emil Berqqreen, 65. Kennet Zohore, 78 - Anton Karaçanakov, 49.
Turnir cədvəli: Danimarka - 26. Rusiya - 22. Sloveniya - 17. Bolqarıstan - 9. Estoniya - 9. Andorra - 1.
4-cü qrup
İspaniya - Avstriya 1:1
Qollar: Pablo Sarabia, 50 - Mixael Qreqoritç, 90+5.
Turnir cədvəli: İspaniya - 22. Avstriya - 16. Macarıstan - 9. Bosniya və Hersoqovina - 6. Albaniya - 6.
6-cı qrup
Almaniya - Rumıniya 8:0
Qollar: Yunus Malli, 1. Filip Hofmann, 12. Amin Yunes, 16. Yonas Hofmann, 44; 89. Niko Şkulz, 63. Danni da Kosta, 80. Niklas Stark, 86.
Farer adaları - Çernoqoriya 1:0
Qol: Ari Yonsson, 31.
Turnir cədvəli: Almaniya - 20. Rumıniya - 12. Çernoqoriya - 11. İrlandiya - 8. Farer adaları - 4.
7-ci qrup
İsveç - Türkiyə 4:3
Qollar: Kristoffer Olsson, 34; 58; 71. Oskar Hilyemark, 90+2 - Emrah Başsan, 29. Kerim Koyunlu, 84. Enes Ünal, 86.
Yunanıstan - Polşa 3:1
Qollar: Nikos Karelis, 12. Giannis Gianniotas, 88-pen. 90+3 - Kakper Przibilko, 24.
Turnir cədvəli: İsveç - 16. Yunanıstan - 15. Polşa - 15. Türkiyə - 13. Malta - 0.
8-ci qrup
İsrail - Makedoniya 2:1
Qollar: Dor Mika, 75. Munas Dabbur, 54-pen - Taulyant Süleymanov, 48.
Portuqaliya - Azərbaycan 3:1
Qollar: Rafa Silva, 13. Edqar Le, 82. Rikardo Esqayo, 90+1-pen - Abdulla Abatsiyev, 55.
Turnir cədvəli: Portuqaliya - 24. İsrail - 15. Norveç - 9. Azərbaycan - 7. Makedoniya - 4.
9-cu qrup
İtaliya - Cənubi Kipr 7:1
Qollar: Federiko Bernardesçi, 42. Antreas Panayiotou, 45+2 (avtoqol). Stefano Sturaro, 56. Andrea Belotti, 62. Yakopo Dezi, 70. Samuele Lonqo, 76. Daniel Ruqani, 80 - Pieros Sotiriou, 29.
Şimali İrlandiya - Serbiya 1:4
Qollar: Kristofer Yons, 67 - Aleksandar Peşiç, 34. Slavolyub Srniç, 36; 56. Filip Kostiç, 58.
Turnir cədvəli: İtaliya - 18. Serbiya - 16. Belçika - 16. Cənubi Kipr - 6. Şimali İrlandiya - 3.
10-cu qur
Ermənistan - Belarus 2:1
Qollar: Aqvan Papikyan, 61. Davit Hakobyan, 90 - Anton Saroka, 71.
Turnir cədvəli: Fransa - 22. İslandiya - 16. Qazaxıstan - 9. Ermənistan - 9. Belarus - 3.
Fanat.az