Aqil Məmmədov AZAL-la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi "Sumqayıt"ın baş məşqçisi rəqibin yeni baş məşqçinin rəhbərliyi altında hücum futbolu oynadığını deyib:
"Maraqlı oyun alındı. AZAL bizim üçün həmişə çətin rəqib olub. Komandaya qələbəyə görə təşəkkür edirəm, sona kimi oynadılar. Azarkeşlər də bizi tək buraxmadılar, komandaya dəstək verdikəri üçün minnətdaram. Məğlub ola da bilərdik. Amma bu gün bizim qələbə istəyimiz daha çox idi. Həm Vaqif Sadıqovun, həm də Tərlan Əhmədovun başçılıq etdiyi AZAL-a qarşı oynamışıq. Sadıqovdan fərqli olaraq, Əhmədov AZAL-da hüçum futbolu oynadırdı. Çalışacağıq ki, qarşıdakı turlarda da qələbə qazanaq".
Fanat.az