BBC-nin məşhur aparıcısı Qabbi Loqan Andi Murrayı təhqir edib. Fanat.az xəbər verir ki, xanım şərhçi məşhur tennisçini "bic" adlandırıb.
Lids Triniti Üniversitetində tələbələrlə görüşən Loqan Murrayla bağlı bunları deyib: "O, həyatımda tanış olduğum ən xəsiyyətsiz bicdi. Olimpiadada gümüş medal qazanmışdı deyə dava-dalaş salmışdı. Bir zamanlar onun fanatı idim. Amma olimpiadada onunla tanış oldum və fikirlərim dəyişdi".
Fanat.az