Andrey Popoviç məşqlərə başladı

Andrey Popoviç məşqlərə başladı
Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, bu gün səhər "Kapital Bank Arena"da növbəti məşqini keçirən komandamızın heyətində zədəli futbolçu yer almır. 
Zədəsini sağaltmış Şəhriyar Xəlilov və Andrey Popoviç artıq tam sağalıb və kollektivlə birlikdə çalışır.
A milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov, U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər