Anar Salmanov daha bir beynəlxalq oyun idarə edib. Fanat.az xəbər verir ki, referi 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Riqada keçirilən 5-ci qrupunun Latviya - Yunanıstanr oyununda fit çalıb.
Oyun yunanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 61-ci dəqiqədə Latviyanın kapitanı Daniils Hvoinikisi ikinci sarı vərəqə ilə meydandan qovan Salmanov meydan sahiblərinin 3 futbolçusuna "sarı" göstərib. Yunanıstandan isə bir oyunçu xəbərdarlıq alıb.
Salmanovun köməkçilərindən biri həmyerlimiz Mübariz Həşimov, digəri macar Balaş Buzas olub. Dördüncü hakim funkiyasını isə macarıstanlı Sandor Szabo yerinə yetirib.
Qeyd edək ki, FIFA referisi Riqada keçirilən seçmə mərhələdə bundan əvvəl Ukrayna - Yunanıstan oyununu idarə etmiş, Ukrayna - Latviya oyununda dördüncü hakim olmuşdu.
Fanat.az