Allahquliyevin het-triki qələbə üçün yetmədi

Allahquliyevin het-triki qələbə üçün yetmədi

Çimərlik futbolu üzrə Azərbaycan yığması dünya çempionatının ikinci seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, bu mərhələdəki start matçında komandamız İngiltərə ilə qarşılaşıb.

Oyun rəqib komandanın 5:4 hesablı qələbəsiylə başa çatıb. Halbuki, yığmamız bu oyunda 3:1 hesabıyla önə keçməyi də bacarmışdı.

Qeyd edək ki, yığmamızın bu qrupdakı digər rəqibləri İsveçrə və Macarıstandı.

İngiltərə - Azərbaycan 5:4 (1:0, 0:1, 3:3, 1:0)

Qollar: Sabir Allahquliyev, 23; 25; 32. Amid Nəzərov, 27.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər