"Oyun alıb-satan arvadını-qızını da satır". Fanat.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın sabiq prezidenti Ali Şen deyib.
Keçmiş klub rəhbəri sabah baş tutacaq "Qalatasaray" - "Fənərbaxça" derbisi ilə bağlı da danışıb: "Kimin qazanacağını bilmirəm. Böyük hesab ola bilər? Bunu da bilmirəm. "Fənərbaxça" onsuz da çempion olub. Keçmişdə "Qalatasaray"ın baş məşqçisi Qrem Souness "Fənərbaxça"nın stadionuna bayraqlarını sancmışdı. İndi eyni şeyi Volkan Dəmirəl etsə, "Qalatasaray"lılar anlayışla qarşılamalıdı".
Ali Şen Fatih Terimlə bağlı bir məqamı 18 ildən sonra etiraf edib: "1996-cı ildə Fatih Terimə zəng edib, baş məşqçi postunu təklif etdim. Amma "dünən "Qalatasaray"a söz verdim" dedi. Söz verməsəydi, "Fənərbaxça"ya gələrdi".
Fanat.az