UEFA milli komandalar üçün daha bir şans yaradıb. Fanat.az xəbər verir ki, 2018-ci ildə keçiriləcək Millətlər Liqasının iştirakçıları AVRO-2020-nin final mərhələsinə vəsiqə əldə edə biləcək.
Belə ki, 6 il sonra baş tutacaq qitə çempionatının 20 iştirakçısı normal seçmə mərhələdə vəsiqəyə sahib çıxacaq. Daha 4 vəsiqə isə Millətlər Liqasında uğur qazanan komandalara veriləcək. Milli komandamız da bu liqada iştirak edəcək və vəsiqələrdən birinə sahib imkanı olacaq.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin oyunları 13 müxtəlif şəhərdə keçiriləcək. Turniri qəbul etməyə namizədlərdən biri də Bakıdı. Artıq bununla bağlı UEFA-ya müraciət olunub.
Fanat.az