AÇ-2014: ilk gündə 1 "qızıl", 2 gümüş - FOTOLAR

AÇ-2014: ilk gündə 1 "qızıl", 2 gümüş - FOTOLAR
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Fanat.az xəbər verir ki, çempionatın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə apırıb. Yığmamız ilk günü 1 qızıl, 2 gümüş medalla başa vurub.
65 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionumuz Toğrul Əsgərov 1/8 finalda Borislav Noviçkovla qarşılaşıb. Təmsilçimiz 8 xal fərqi ilə uduzaraq mübarizəni dayandırıb - 5:13. hesabıyla uduzub. 
1/8 final: Toğrul Əsgərov - Borislav Noviçkov (Bolqarıstan) 5:13
97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov 1/8 finalda Belarusdan olan İvan Yankovski ilə üz-üzə gəlib və rəqibini 7:0 hesablı üstünlüklə yenib. 1/4 finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olub. Güləşçimiz bu rəqibini də 6:2 hesabıyla yenərək yarımfinala yüksəlib. Bu mərhələdə Ukrayna təmsilçisi Pavel Oleynik üzərindəki qələbə (4:0) Qazyumovu finala çıxarıb. Həlledici qarşılaşmada Xetaqın rəqibi rusiyalı Əbdülsalam Qədisova 1:5 hesabı ilə yenilərək gümüş medala sahib çıxıb.
1/8 final: İvan Yankovski (Belarus) - Xetaq Qazyumov 0:7
1/4 final: Staneslav Skaskieviç (Polşa) - Xetaq Qazyumov 2:6
1/2 final: Xetaq Qazyumov - Pavlo Oliinik (Ukrayna) 4:0 
FİNAL: Xetaq Qazyumov - Abdusalam Qadisov (Rusiya) 1:5
Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabıyla üstün olub. 1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşlə qarşılaşıb, 10:0 hesabıyla qələbə qazanıb. Yarımfinalda rumıniyalı Maqdalina Linquraraya da qalib gələn güləşçimiz finala yüksəlib. Bu dəfə rəqib ukraynalı Natalya Pulkovska olub. 11:0 hesablı qələbə qazanan Stadnik 4-cü dəfə Avropa çempionu olub.
1/8 final - Mariya Stadnik - Nadejda Fedorova (Rusiya) 14:2
1/4 final - Mariya Stadnik - Mercedesz Deneş (Macarıstan) 10:0
1/2 final - Madalina Linguraru (Rumıniya) - Mariya Stadnik 0:11
FİNAL: Nataliya Pulkovska (Ukrayna) - Mariya Stadnik 0:11
58 kq-da mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa 1/4 finaldan qoşulacaq və onun rəqibi bolqarıstanlı Viktoriya Bobeva olub. Netreba 8:4 hesabıyla qalib gələrək yarımfinala çıxıb. İdmançımızı finala vəsiqə uğrunda belaruslu Anastasiya Puçokla mübarizə aparıb və ona da qalib gəlib - 6:1. Finalda Netrebanın rəqibi Valeriya Jolobova (Rusiya) olub. Təmsilçimiz 0:5 hesabı ilə yenilərək gümüş medala sahib çıxıb.
1/4 final: İrina Netreba - Viktoriya Bobeva (Bolqarıstan) 8:4
1/2 final: İrina Netreba - Anastasiya Huçok (Belarus) 6:1
FİNAL: İrina Netreba - Valeriya Jolobova (Rusiya) 0:5
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər