AÇ-2014: bir "gümüş", bir "bürünc"

AÇ-2014: bir "gümüş", bir "bürünc"
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, çempionatın beşinci günündə 59, 66, 98 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Azərbaycan günü bir gümüş, bir bürünc medalla qapayıb:
59 kq çəki dərəcəsində çıxış edən Kamran Məmmədovun 1/8 finaldakı rəqibi çex Mixail Novak olub. Təmsilçimiz 5:0 hesablı qələbə qazanaraq 1/4 finala çıxıb. Onun növbəti rəqibi moldovalı Viktor Kiobanu olub. Kamran bu dəfə uduzaraq yarımfinala çıxa bilməyib. Rəqibi finala çıxdığı üçün bürünc medal uğrunda yarışır. Təsəlliverici görüşdə alman Deniz Menekseni 5:2 hesablı qələbə ilə sıradan çıxaran Kamran bürünc medal uğrunda görüşdə türk Rahman Bilici ilə üz-üzə gəlib və 9:8 hesablı qələbə qazanıb.
1/8 final: Mixail Novak (Çexiya) - Kamran Məmmədov 0:5
1/4 final: Kamran Məmmədov - Viktor Kiobanu (Moldova) 2:3
Təsəlliverici görüş: Kamran Məmmədov - Deniz Menekse (Almaniya) 5:2
Bürünc medal görüşü: Kamran Məmmədov - Rahman Bilici (Türkiyə) 9:8
66 kq-da yarışan Həsən Əliyev mübarizəyə 1/16 finaldan başlayıb və Norveç təmsilçisi Marius Tommeseni 8:0 hesabı ilə yenib. 1/8 finalda alman Frank Steableri 9:0 hesabı ilə udan təmsilçimiz 1/4 finala çıxıb. Yunan Vladimiros Matiası 8:1 hesabı ilə üstələyən Həsən yarımfinala vəsiqə qazanıb. Onun finala gedən yolda son rəqibi polşalı David Kareçinski olub. Əliyev 6:0 hesablı qələbə qazanaraq finala çıxıb. Həlledici qarşılaşmada rəqib rusiyalı Adam Kurak olub. Ancaq gərgin keçən qarşılaşma güləşçimiz üçün uğurlu alınmayıb və Həsən Əliyev gümüş medalla kifayətlənib. 
1/16 final: Həsən Əliyev -Marius Tommesen (Norveç) 8:0
1/8 final: Frank Steabler (Almaniya) - Həsən Əliyev 0:9
1/4 final: Vladimiros Matias (Yunanıstan) - Həsən Əliyev 1:8
1/2 final: David Kareçinski (Polşa) - Həsən Əliyev 0:6
FİNAL: Həsən Əliyev - Adam Kurak (Rusiya) 2:2*
 
98 kq çəki dərəcəsində mübarizə aparan Şalva Qadabadze 1/16 finalda Belarus təmsilçisi Hrabovik Aliksandra yenilərək mübarizəni dayandırıb.
1/16 final: Şalva Qadabadze - Hrabovik Aliksandr (Belarus) 0:2
130 kq-da çıxış edən Sabah Şəriətinin 1/8 finaldakı rəqibi estoniyalı Heiki Nabi olub. 4:3 hesablı qələbə qazanan güləşçimiz 1/4 finala çıxıb. Heikinin növbəti rəqibi isveçli Yohan Maqnus Euren olub. Güləşçimiz 0:3 hesabı ilə yenilərək mübarizəni dayandırıb.
1/8 final: Sabah Şəriəti - Heiki Nabi (Estoniya) 4:3
1/4 final: Yohan Maqnus Euren (İsveç) - Sabah Şəriəti 3:0
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər