759 dəqiqədən sonra gələn qol

759 dəqiqədən sonra gələn qol
“Sumqayıt” “İnter”lə qarşılaşmalardakı qol həsrətinə son qoyub. Fanat.az xəbər verir ki, əvvəlki 8 görüşdə paytaxt təmsilçisinin qapısına bir dəfə də olsun yol tapmayan Aqil Məmmədovun yetirmələri Topaz Premyer Liqasının III turunun görüşündə uğursuz seriyanı qırıb. 
“İnter”in 5:1 hesabı ilə qalib gəldiyi oyunun 40-cı dəqiqəsində Məhəmməd Qurbanov ilk qola imza atıb. Bu qol “gənclik şəhəri” təmsilçisinin “İnter”lə görüşlərdəki 759 dəqiqəlik qolsuz seriyasının sonu olub.
Qeyd edək ki, “İnter”lə “Sumqayıt” arasında oyunlarda ilk dəfə böyükhesablı nəticə qeydə alınıb.
pfl.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər