Braziliya milli komandasının sabiq üzvü Tulio Maravilya peşəkar karyerası ərzində 1000-ci qoluna imza atıb. Fanat.az xəbər verir ki, Minais Gerias əyalət çempionatında çıxış edən "Araksa"nın formasını geyinən futbolçu bu uğuru 44 yaşında qazanıb.
O, komandanın "Mamore"ni 2:1 məğlub etdiyi qarşılaşmanın 30-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Bu Tulionun peşəkar karyerasında 1000-ci qolu olub. O, daha əvvəl bu uğura imza atmış Pele və Romario kimi 1000-ci qolunu penaltidən vurub.
Tulio Pelenin 1000-ci qol sevincini təkrarlayıb. Topu əlində tutan braziliyalını meydanın mərkəzində komanda yoldaşları çiyinlərinə götürərək bayram ediblər. Sevinc göstəriləri üzündən oyun təxminən 10 dəqiqə dayanıb.
Karyerasına 1987-ci ildə başlayan Tulio ən uğurlu dönəmini "Botafoqo"da keçirib. 1995-ci ildə Braziliya çempionu olan komandanın uğurunda onun böyük rolu olub. Karyerası ərzində çox saytda klubun formasını geyinmiş Maravilya 1990-1995-ci illərdə milli komandada 15 oyun keçirərək 13 qola imza atıb.
Fanat.az