Futbol azarkeşlər üçün oynanılır. Premyer Liqamızın ən böyük problemlərindən biri də oyunlara tribunadan az sayda tamaşaçının baxmasıdı. Bu mənada bölgələrdə vəziyyət qismən yaxşıdısa, paytaxt əhalisi “idmanın şahı”na biganəliyi ilə seçilir. Fanat.az-ın hesablamalarına görə, hesabat turunun 5 oyununda cəmi 4750 azarkeş olub. Bu isə o deməkdi ki, hər görüşə orta hesabla 950 adam stadiondan baxıb.
Geridə qalan 29 turda isə ümumilikdə 224050 nəfər canlı oyun izləyib. Yəni orta hesabla 145 görüşün hərəsi 1545 insanın diqqətini çəkib.
Şübhəsiz, cari mövsüm AFFA-nın İntizam Komitəsinin çıxardığı məlum qərarın ardından “böyük oyunlar”da qonaq azarkeşlərin iştirak etməməsi, eyni zamanda ölkənin ən böyük azarkeş dəstəyinə sahib komandasının – “Xəzər Lənkəran”ın qeyri-sabit çıxışla tərəfdarlarını küsdürməsi önə çəkilməlidi. Məhz bu iki amilin ümumi tərəfdar sayına ciddi təsiri göz önündədi.
Fanat.az