AZAL Topaz Premyer Liqasının VII turu çərçivəsində “İnter”lə qarşılaşdıqdan sonra futbolçulara istirahət verilmişdi. Fanat.az xəbər verir ki, 3 günlük istirahət çərşənbə günü başa çatıb.
Komanda “AZAL Arena”da yenidən bir araya gələrək hazırlığa başlayıb. İlk məşqlər hələ ki, fiziki təmrinlər üzərində qurulur. Ancaq tədricən taktiki-texniki məşqlərə də yer ayrılacaq. Bu günə və sabaha “təyyarəçilər”in 2 məşqi planlaşdırılıb.
Fanat.az