Millimizin üzvü Almaniyada 90 dəqiqə oynadı

Millimizin üzvü Almaniyada 90 dəqiqə oynadı
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Taşkın İlterin çıxış etdiyi "Ayntraxt"ın (Braunşveyq) U-23 komandası "Meppen"i qəbul edib.
Oyun 3:3 hesabı ilə başa çatıb. Ötən tur oynamayan Taşkın bu dəfə meydana start heyətində çıxıb. Millimizin üzvü 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Regional Liqanın "Şimal" zonasında çıxış edən "Ayntraxt" 10 oyunda 14 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər