“İnStat Football” şirkəti “İnter”in futbolçularının fiziki fəallığı haqqında məlumatları təqdim edib. Fanat.az xəbər verir ki, şirkətinin məlumatına görə, Premyer Liqanın 6-cı turunun “Bakı” ilə matçında "bankirlər" ümumilikdə 118,64 kilometr məsafə qət edib.
"İnter"in heyətində ən çox qaçan futbolçu Matiya Şpiçiç olub. O, 12360 metr məsafə qət edib. Onu Derlis Meza Kolli izləyir - 11908 metr.
| № | Adı | Məsafə |
| 1 | Matiya Şpiçiç | 12360 m. |
| 2 | Derlis Meza Kolli | 11908 m. |
| 3 | Asif Məmmədov | 11753 m. |
| 4 | Nizami Hacıyev | 11533 m. |
| 5 | Arif Daşdəmirov | 10906 m. |
Fanat.az