AZAL Topaz Premyer Liqasının VII turu çərçivəsində “İnter” ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, Bakı klubu şənbə günü keçiriləcək oyuna hazırlığını davam etdirir.
Həftənin əvvəlindən başlayan məşqlər “AZAL Arena”da baş tutur. Məşqçi heyəti futbolçuların həm fiziki, həm də taktiki-texniki hazırlığını yüksəltmək üzərində işləyir.
Bu gündən başlayaraq gündə bir məşq olacaq. Düşərgədə zədəli futbolçunun olmaması baş məşqçi Tərlan Əhmədovu sevindirən məqamlardandı.
Fanat.az