AZAL-da şad xəbər

AZAL-da şad xəbər
AZAL Topaz Premyer Liqasının V turu çərçivəsində “Qarabağ” ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, "təyyarəçilər" bir günlük istirahətdən sonra yenidən bir araya gələrək matçın hazırlıqlarına start verib. 
“AZAL Arena”da baş tutan axşam məşqində həm taktiki-texniki, həm də fiziki hazırlığa yer ayrılıb. İsinmə hərəkətlərindən sonra futbolçular müxtəlif məsafələrə qaşış həyata keçirib. Ardından meydanın 2 ayrı hissəsində 5-5-ə “kvadrat” oynanılıb. Məşqin sonunda isə yarımeydanda ikitərəfli oyun keçirilib. “Qırmızılar”la “yaşıllar”ın mübarizəsində qalib müəyyənləşməyib - 3:3. 
Artıq komandanın zədəli qapıçısı Ruslan Məcidov artıq tam sağalıb və komanda ilə birgə məşq edir. Zədəli olan yalnız Tomi Kostadinovdu ki, həkimlər onun da sağalması üçün xüsusi proqramla işləyir. Ancaq böyük ehtimalla o, “Qarabağ”la görüşü də buraxmalı olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər