Millimiz seçmə mərhələyə qələbə ilə başladı

Millimiz seçmə mərhələyə qələbə ilə başladı
İtaliyanın Jesolo şəhərində təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununu keçirib.
Komandamız ilk rəqibi Çexiya olub. Millimiz 4:1 hesablı qələbəyə sevinib. C qrupunda mübarizə aparan yığmamız növbəti oyunlarını İspaniya və Bolqarıstana qarşı keçirəcək.
Çexiya - Azərbaycan 1:4
Qollar: Zeynal Zeynalov, 6. Sabir Allahquliyev, 14. Əli Hüseynov, 23. Asif Zeynalov, 27.
Azərbaycan: Əbdül Əliyev, Sabir Allahquliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Əli Hüseynov, Asif Zeynalov, Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Amid Nəzərov, Renat Sultanov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər