AZAL milli oyunlara görə çempionatda yaranan fasilədən yararlanaraq yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Tərlan Əhmədov yetirmələrini əvəzedicilərlə oyunda sınayıb.
“AZAL Arena”da baş tutan qarşlaşmada əsas komanda 6:0 hesablı qələbə qazanıb. Qolları Rəşad Abdullayev (12-pen.), Təmkin Xəlilzadə (35; 40), Con Kordoba (62) və Freddi Mombonqo (64; 72) vurub.
Qeyd edək ki, AZAL sabah istirahət edəcək. Bazar ertəsindən etibarən isə “Qarabağ”la oyunun hazırlıqlarına start veriləcək.
Fanat.az