Milli komandamızın üzvü Tuğrul Erat zədələnib. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi "Fortuna"nın "İnqolştadt"la oyununda zədə alıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 21.30-da başlayıb. Start heyətində meydana çıxan Tuğrul çox keçmədən zədələnib və 18-ci dəqiqədə əvəzlənib. Onun yerinə Kristian Qartner meydana çıxıb.
Fanat.az