Türkiyə Super Liqasında XXVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Qaziantepspor"u qəbul edib.
Oyun Sivas təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cihan matçın iştirakçısı olmayıb. Baş məşqçi Roberto Karlos ötən matçda start heyətində yer verdiyi millimizin üzvünü bu dəfə ehtiyatda saxlayıb.
Qeyd edək ki, "Sivasspor" 27 oyundan sonra 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az