Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern"in U-23 komandası "Zveybrüken"i qəbul edib.
Oyun 0:0 hesabı ilə başa çatıb. "Kayzerslautern"in baş məşqçisi Konrad Funfstuk Rüfəti 65-ci dəqiqədə meydana buraxıb. Kristian Lensi əvəzləyən futbolçumuz 25 dəqiqə oynayıb.
Qeyd edək ki, Regional Liqanın "Cənub-Qərb" zonasında çıxış edən "Kayzerslautern" 22 oyundan sonra 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.az