"Simurq" hazırdı

"Simurq" hazırdı
Topaz Premyer Liqasının XXIII turunda "Simurq" bu gün "Qarabağ"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, Zaqatala klubu dünən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxıb. 
Bir saata yaxın davam edən hazırlıq prosessində məşqçilər korpusu futbolçuları çox yormayıb. İsinmə hərəkətlərindən sonra toplu çalışmalara başlanılıb. Üç qrupa bölünərək "kvadrat" oynadıqdan sonra ikitərəfli oyun və cinahlardan asmaların qapanması ilə hazırlıq tamamlanıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər